Sunday, August 7, 2022

TBİLİSİDƏ XANIM ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTI İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  декабря 11 2021
Rate this item
(0 votes)

Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Gürcüstan Müsəlman Qadınlar

İcması”nın (GMQİ) təşkilatçılığı təşkil olunan tədbirdə müxtəlif şəhər və rayonlardan dəvət olunan müsəlman xanımlar iştirak edib.
Tədbirin aparıcısı Gülsəfa Şahverdova mərasim ilə bağlı ümumi məlumat verdikdən sonra öncə Qurani-Kərimdən ayələr tilavət edilib. Tədbir açıq elan olduqdan sonra GMQİnin digər üzvləri Laləzar İbrahimova, Sevinc Namazova, Lalə Süleymanova və Aişən Nəbiyeva çıxış ediblər.
Çıxış edənlər İslamda nümunəvi qadın olan Hz. Zəynəbin (s.ə) həyatı, fəziləti və özəllkləri, müsəlman xanımlar üçün örnək xüsusiyyətləri və sözləri, həmçinin Xanımın Kərbəladakı rolu haqqında ətraflı danışıblar.
Tədbirdə xanımın həyatından bəhs edən video çarx və ilahilər proektor vasitəsi ilə yayımlanıb.
Nəhayət “Alul-beyt” mədəniyyət mərkəzində keçirilən tədbir dua və sadə bayram süfrəsi ilə yekunlaşıb.

Read 263 times Last modified on Last modified on декабря 12 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ