Sunday, August 7, 2022

HALAL VƏ HARAM QİDALANMA MÖVZUSUNDA VEBİNAR KEÇİRİLİB

Written by  декабря 12 2021
Rate this item
(0 votes)

“Halal və haram qidalar” başlığı altda keçirilən vebinarda qidaların şəri məsələləri,

halal olmayan kimyəvi qatqılar, Halal və haram yeməyin mənəvi təsirləri və beynəlxalq halal standartlar haqqında danışılıb.
Saat yarım müddətində davam edən onlayn seminarda Gürcüstan Müsəlmanlar İdarəsinin nümayəndəsi və ruhanilər heyətinin üzvü Hacı Qurban Murquzov, İran İR-dan Təbrizli tanınmış ruhani Hacı Məhəmməd Baiq Saivər, Azərbaycandan tanınmış ruhani Hacı Mir Cəfər Eyyubov və Əlmustafa Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə çıxış edib.
Vebinarın sonunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mövzunun günümüzdəki əhəmiyyətinə işarə edərək bu kimi aktual mövzular haqda bundan sonra da silsilə proqram təşkil ediləcəyini bildirib.

Read 263 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ