Sunday, August 7, 2022

"ƏYYAMİ-FATİMƏ (s.ə.)" Fatimə (s.ə) günləri - Peyğəmbərimizin (s) yadigarı

Written by  декабря 18 2021
Rate this item
(0 votes)

"ƏYYAMİ-FATİMƏ (s.ə.)" Fatimə (s.ə) günləri - Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının

seyidəsi Həzrət Fatiməyi-Zəhranın (s.ə) şəhadətini əhatə edən günlərdir.
Bu il Əyyami-Fatimiyyə dekabr ayının 18-dən başlayaraq 6 yanvaradək davam edəcək. Bu günlərə "Əyyami Fatimə” deyilməsinin səbəbi o xanımın şəhadət tarixinin dəqiq bilinməməsi ilə bağlıdır. Belə ki, bir rəvayətə görə, Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub. Bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri "Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandıraraq Xanım Zəhranı (s.ə) yad edirlər.
Rəsuli-Əkrəm (s) qızı Fatimə (s.ə) haqqında buyurub: "Həqiqətən, Fatimə - mənim bədənimin bir parçasıdır. O, mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir".
"Qızım Fatimə dünyanın - yaradılışın əvvəlindən sonuna kimi - bütün qadınlarının xanımıdır".

Read 240 times Last modified on Last modified on февраля 16 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ