GÜRCÜSTANDA HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİMLƏR TƏŞKİL OLUNUR
Bu günlərdə, Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək
mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlərin keçirilməsi nəzərdə tutulub.
Cümə günü Qardabani rayonunda və Kaspinin Ferma kəndində təşkil olunan tədbirlərdə yerli müsəlmanlar (xüsusi ilə xanımlar), din və ictimaiyyət xadimləri iştirak edib.
Qurani-Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan hər iki tədbirdə Hz. Fatimeyi Zəhranın (s.ə) məqam, şəxsiyyət və fəzilətlərindən, möminlər anası olan xanımın simasında İslamda ailə mədəniyyəti, qadın hüquqları və nümunəvi müsəlman qadının xüsusiyyətləri haqqında ətraflı danışılıb.
Bayram əhval ruhiyyəsində davam edən tədbirlərdə xanımın haqqında şeir və ilahilər oxunub. Xanım Zəhra ilə bağlı suallar verilib, düzgün cavab verənlər mükafatlandırılıb. Nəhayət dualar oxunmaqla başa çatan tədbirlərdə bayram süfrəsi təşkil olunub.
Image Gallery
http://bgmi.ge/index.php/news/item/817-gurcustanda-hz-fatimeyi-z-hranin-s-t-v-lludu-munasib-ti-il-m-rasiml-r-t-skil-olunur#sigProIdbca86c7f92