Sunday, August 7, 2022

TBİLİSİDƏ HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜD GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİB

Written by  января 23 2022
Rate this item
(0 votes)

Bu gün Tbilisidə yerləşən “Əl-Mustafa” Dini Təhsil Mərkəzində xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək

mövludu münasibəti ilə mərasim keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınları İcmasının (GMQİ) və Dini Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə icma üzvləri, müəllim kollektivi və müxtəlif yerlərdən dəvət olunan müsəlman xanımlar iştirak edib.
Qurani-Kərimin tilavəti ilə başlayan tədbirdə GMQİnin üzvlərinin, müəllimə və tələbələrin çıxışları olub. Tələbələr şeir və ilahilər oxuyub, kiçik səhnəcik nümayiş etdiriblər.
Çıxış edənlər Hz. Fatimeyi Zəhranın (s.ə) fəziləti haqqında və həyatından örnəklər gətirilrək O Həzrətdən alınan dərslər, möminlərin anası hesab olunan dəyərli xanımın simasında İslamda ailə və nümunəvi qadın mövzularında ətraflı danışııblar.
Sonda bir ay öncə kitab oxuma yarışmasının qalibləri mükafatlandırılıb. Sual-cavab yarışı keçirilərək yarışının qaliblərinə və xanımın adının daşıyıcılarına hədiyyələr təqdim olunub. Mərasim iştirakçılarına da təqvim və posterlər hədiyyə edilib.

Read 185 times Last modified on Last modified on января 23 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ