HZ. İMAM ƏLİNİN MÜBARƏK TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRİK!
Written by
ადმინისტრატორი
февраля 15 2022
Sabah (hicri qəməri təqvimi ilə) rəcəb ayının 13-ü İmam Əli ibni Əbu-Talibin doğum günüdür.
Həzrəti Əli "Fil" ilinin 30-da dünyanın ən müqəddəs məkanı və evi hesab edilən Kəbədə doğulub.
Həzrəti Əli İslam Peyğəmbərinin (s) ən bariz tələbəsi, xüsusi şəkildə tərbiyə etdiyi, İslamın inkişafı yolunda göstərilən ən böyük şücaətlərin sahibi, müsəlmanların birinci imamı və digər 11 imamın atası kimi bəşəriyyət tarixində ən çox müsbət iz buraxan insandır.
İmam Əlinin fəzilətləri barədə məzhəbindən, dinindən, tərzi-təfəkküründən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlərin əsərləri həddən çoxdur.
İmam Əli ibni Əbu-Talib Kəbədə dünyaya gələn, tərbiyəsini və təlimini peyğəmbərdən alan, peyğəmbərin yerində yatmağı qəbul edərək onu ölümdən xilas edən, barəsində çoxsaylı ayələrin nazil olduğu insan, İslam Peyğəmbərinin (s) kürəkəni olan, "Əhli-beyt"-in bir üzvü olan, İmamlar atası, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir.
Hz. İmam Əlinin (ə) doğum günü münasibətilə bir çox ölkələrdə olduğu kimi, Gürcüstanın bir çox şəhər və kəndlərində də bayram tədbirləri keçirilir.