25 FEVRAL 1921-Cİ İL GÜRCÜSTANDA SOVET İŞĞALI GÜNÜDÜR
1918-ci ildə Gürcüstanda müstəqillik elan edildikdən üç il sonra 1921-ci ildə Sovet Rusiyasının rəhbərliyi Gürcüstanı güc yolu ilə işğal etmiş,
fevralın 25-də Qırmızı Ordu paytaxt Tiflisi zəbt etmiş və nəhayət ölkədə kommunist rejimini quraraq
Gürcüstanı Sovet Sosialist Respublikasına çevirmişdir.
25 fevral-İşğal Günü 2010-cu ildən Gürcüstan Parlamentinin qərarına əsasən hər il qeyd edilir. Hər il bu gün dövlət bayraqları ölkə daxilində aşağı endirilir və Gürcüstan işğal olunan zaman vətən uğrunda qurban gedən qəhrəmanların xatirəsi yad edilir.
Allahdan ölkəmizin müstəqilliyinin əbədi olub işğala məruz qalan torpaqlarımızın azad edilməsində yardımçı olmasını diləyirik.