XX ƏSRİN FACİƏSİNİ DƏRİN HÜZNLƏ ANIRIQ
Dünyada yaşanan soyqırımlar irqi, milli və dini, fərqliliklərə qarşı nifrətdolu məqsəddən doğan kütləvi məhvetmə prosesidir.
Müharibə bəşəriyyətin ən pis xəstəliyi olduğu halda, soyqırım isə heç sağalmayan ağır yarasıdır. Çünki soyqırım fəlakət, dağıntı, itgin düşmə və dəhşətli faciələri ilə yadda qalan amansız tarixi cinayətdir. Yaraları dərin və sağalmaz iz buraxdığından yaddaşların dərinliklərində acı xatirə olaraq hopub qalır.
O unudulmayan dəhşətli soyqırımlardan biri də XX əsrin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı qətliamıdır.
Biz də Xocalının zülmdolu qətliama məruz qalan qurbanlarını rəhmətlə anır, bütün Azərbaycanlılara başsağlığı veririk.
Image Gallery
http://bgmi.ge/index.php/news/item/829-xx-srin-faci-sini-d-rin-huznl-aniriq#sigProIdfc5137c7a9