Sunday, August 7, 2022

ŞABAN AYININ GƏLİŞİ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİR, RƏHİMLİ ALLAHDAN İBADƏT VƏ DUALARINIZIN QƏBUL OLUNMASINI DİLƏYİRİK.

Written by  марта 03 2022
Rate this item
(2 votes)

Peyğəmbərimiz (s) Şaban ayının fəziləti haqqında buyurub: "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar"

buyurulur İmam Sadiqdən (ə) belə nəql edilib ki, İmam Səccad (ə) Şaban ayı girdiyi zaman səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim! (Dostlarım) Bu ayın necə bir ay olduğunu bilirsinizmi? Bu şaban ayıdır. Cəddim Rəsulullah (s) belə buyurub: "Şaban mənim ayımdır, bu ayı Peyğəmbərinizin sevgisi və Rəbbinizə yaxınlaşmaq üçün oruc tutun, canım əlində olan Allaha and olsun ki, atam İmam Hüseyndən (ə) eşitdim ki, Həzrət Əlidən (ə) belə buyurduğunu deyirdi: "Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər".

Həmçinin İslam tarixində Şaban ayının fəzilətini artıran bir sıra mühüm hadisələr baş verib:
- Hicrətin 4-cü ili Şaban ayının 3-cü günü İmam Hüseyn (ə) dünyaya gəlib.
- Şaban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın (ə) doğum gününə təsadüf edir.
- Ayın 5-i İmam Zeynəlabidinin (ə) mövlud günüdür.
- Şaban ayının 15-ci gecəsi 12-ci imamımız Həzrəti Mehdinin (ə) doğum günüdür. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər (s) Aişəyə belə buyurub: “…Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...”.
ŞƏBAN AYININ DUASI
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.Şəcərətin nubuvvə, və məvziir risalə, və muxtələfil məlaikə, və mədinil ilmi, və əhli beytil vəhyi. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl fulkil cariə fil lucəcil ğamirə yəmənu mən rəkibəha və yəğrəqu mən tərəkəha əl mutəqəddimu ləhum mariqun vəl mutəəxxiru ənhum zahiqun vəllazimu ləhum la hiqun. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əlkəhfil həsin vəl ğiyasil muztərril mustəkin və məlcəil haribin və ismətil mutəsimin. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Səlatən kəsirətən təkunu ləhum rizən və li həqqi Muhəmmədin və ali Muhəmməd ədaən və qəzaən bi həvli minkə və quvvətin ya rəbbəl almin.Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd əttəyyibinəl əbraril əxyaril ləzinə əvcəbətə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəmur qəlbi bi taətikə və la tuxzini bi məsiyətikə vərzuqni bi muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlikə və nəşərtə ələyyə min ədlikə və əhyəytəni təhtə zillikə. Və haza şəhru nəbiyyikə səyyidi rusulikə şəbanal ləzi həfəftəhu minkə birrəhməti vərrizvanil ləzi kanə rəsulul lahi səllallahu ələyhi və alihi yədəbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi buxuən ləkə fi ikramihi və izamihi ila məhəlli himamihi. Əllahummə fə əinna ələl istinani bi sunnətihi fihi və nəyliş şəfaəti lədəyhi. Əllahummə vəcəlhu li şəfiən muşəffəən və təriqən iləykə məhyəən vəcəlni ləhu muttəbiən hətta əlqakə yəuməl qiyaməti ənni raziyən və ən zunubi ğaziyən qəd əvcəbtə li minkər rəhmətə vər rizvanə və ənzəltəni darəl qərari və məhəlləl əxyari.
Əziz islam Peyğəmbəri (s) buyurur: "Şəban mənim ayımdır". Öz peyğəmbərinizə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq məqsədilə bu ayda oruc tutun! Bu ayın ən yaxşı dua və zikrləri "istiğfar"dır.
BU AYIN ZİKRLƏRİNDƏN:
1. Hər gün aşağıdakı zikri 70 dəfə demək: "Əstəğfirullahə və əsəluhut-təubə"
2. Bu ayın ən yaxşı dua və zikrləri "istiğfar"dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.

 

Read 165 times Last modified on Last modified on апреля 08 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ