Sunday, August 7, 2022

AĞBULAQDA HZ. İMAM HÜSEYNİN (Ə) TƏVƏLLÜDÜ GÜNÜ TƏDBİR TƏŞKİL OLUNUB

Written by  марта 06 2022
Rate this item
(0 votes)

Bu gün Tetritskaro (Ağbulaq) rayonunun Kosalar kəndinə Şəban ayının əvvəl günlərinə təsadüf edən Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri

münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə din xadimləri, bələdiyyənin rəsmiləri və Kosalar kənd sakinləri iştirak edib.

Axund Hacı Elşad Musayevin aparıcılığı ilə keçirilən tədbir Qurani-Kərimdən bir neçə ayənin tilavəti ilə başlayıb. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov, Gürcüstan Ruhanilər Heyətinin üzvü Hacı Mahir Məmmədovun çıxışları olub.
Çıxış edən ruhanilər Şaban ayı və bu aya təsadüf edən mövludlar haqda məlumat verib, öz təbriklərini çatdırıblar. Kərbəla sərvələrinin simasında Hz. Peyğəmbər (s) əhli-beytinin (ə) şəxsiyyət və fəzilətləri, tövsiyələri haqda, həmçinin belə tədbirlərin keçirilməsinin önəmi və faydaları barədə ətraflı danışıblar.
Tədbirdə iştirak edən Ağbulaq munisipalitetinin meri cənab Qiorqi Koridze müsəlmanları bayram münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbir məddah Səid Həsənin ifasında ruhu oxşayan, əhlibeyt eşqini tərənnüm edən şeir və ilahilərlə davam edib. Nəhayət bayram süfrəsindən sonra tədbir dua oxunmaqla sona çatıb.

 

Read 172 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ