Sunday, August 7, 2022

TÜRKİYƏDƏ HZ. MEHDİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  марта 19 2022
Rate this item
(0 votes)

Bu gün Türkiyənin Iğdır bölgəsinin Tuzluca şəhərində Hz. İmam Mehdinin (ə) təvəllüdü münasibəti ilə anım törəni təşkil olunub.

Tədbirə bir sıra din xadimləri, dövlət rəsmiləri ilə birgə qonşu ölkələrdən də ruhanilər dəvət olunub. Tuzluca Bələdiyyə mərasim salonunda təşkil olunan tədbirdə din alimləri, elm və ictimaiyyət xadimləri, yazarlar və regionun dövlət rəsmiləri kürsüdə çıxış ediblər. Çıxış edənlər Dinlərdə Məhdəviyyət prinsipi, dünya xilaskarını gözləmə, Hz. İmam Mehdinin (ə) zühurunun və intizarının əhəmiyyət və fəlsəfəsi, İslam dünyasnın bu vəziyyətə düşməsinin nədənləri və qurtuluş yolları haqqında geniş söhbətlər ediblər. Tədbir şeir, qəsidə və ilahilərlə davam edib. Sonda Fərəc duası ilə bitib.

 

Read 195 times Last modified on Last modified on апреля 08 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ