Sunday, August 7, 2022

Bu gün Marneuli şəhərində Həzrət Mehdinin (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirilib.

Written by  марта 20 2022
Rate this item
(0 votes)

 Tədbirdə yerli din xadimləri, dini təhsil mərkəzlərinin müəllimləri, tələbələri və dəvət olunan din xadimləri iştirak edib.

 Gürcüstan Ruhaniləri Heyətinin üzvü Kamran Məmmədovun aparıcılığı ilə keçirilən tədbir Axund Hacı Rahidin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb. Tədbirdə Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev, Əlmustafa Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə və başqalarının çıxışları olub. Çıxış edənlər zamananın İmamı və xilaskarı Hz. İmam Mehdinin (ə.c) qeybdə olmasının və intizarın mahiyyət və fəzilətləri və eyni zamanda imamın həqiqi yolunu gözləyənlərin vəzifələri haqda söhbətlər edilib. Gözlərdən gizlin olan zamananın imamının haqqında bir çox sualların cavabına aydınlıq gətirdilər. Bayram süfrəsi ətrafına keçirilən tədbirdə Hz. İmam Mehdi haqda, şeir və mədhiyyələr oxunub, ilahilər səsləndirilib. Tədbirin sonunda tələbələrinə arasında keçirilən məqalə yarışmasının qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub. Gürcüstan Müsəlmanları İdarəsi, Əlmustafa Təhsil Mərkəzi və Əhlibeyt Cəmiyyətinin birgə təşkil etdiyi tədbir İmam Zaman (ə) duasının cəm halda oxunması ilə sona çatıb

 

 

 

 

Read 210 times Last modified on Last modified on апреля 08 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ