MƏNƏVİYYATDOLU AYINIZ MÜBARƏK!
Written by
ადმინისტრატორი
апреля 01 2022
Allahın ev sahibliyi etdiyi mübarək bərəkətdolu mənəvi qidalanma ayı başlayır. Qurani-Kərimin nazil olduğu bu ayda hər kəs
şeytani xüsusiyyətlərdən və nəfsani istəklərdən uzaq durmaqla günahlarını əfv etdirib, dualarının qarşılığını ibadətlərinin mükafatını əldə edə bilərlər.Qurani-Kərimin nazil olduğu bu ayda insanlara Allahı sevmək, insanlara qayğı göstərmək dəyərlərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı və zəngin mənəviyyatlı olmağa yönəldir və bu da oruc tutmaqla ifadə olunur. Hər birimizə Ramzan ayında Allah bəyənən oruc tutmağı arzulayırıq.
Bu mənəvi paklanma ayında dua, oruc, namaz və bütün ibadətlərinizin qəbul olunmasını diləyirik. Allah-tala bu ayın və bu ayda edilən ibadətlərin hörmətinə ölkəmizə və dünyaya sağlamlıq, sülh, əmin-amanlıq, bol ruzi, sevinc və xöşbəxtlik nəsib etsin. Aminl
Hacı Ramin İgidov
Gürcüstan Müsəlmanları idarəsinin şeyxi
Image Gallery
View the embedded image gallery online at:
http://bgmi.ge/index.php/news/item/840-m-n-viyyatdolu-ayiniz-mubar-k#sigProId3b8cee50fd
http://bgmi.ge/index.php/news/item/840-m-n-viyyatdolu-ayiniz-mubar-k#sigProId3b8cee50fd