Sunday, August 7, 2022

HÖKUMƏT ADMİNISTRASİYASINDA DÖRD DİNİ İCMA RƏHBƏRLƏRİ İLƏ İCLAS KEÇİRİLİB

Written by  апреля 08 2022
Rate this item
(0 votes)

Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə Gürcüstan hökumətinin Ehtiyat Fondundan ölkənin dini icmalarının maliyyələşdirilməsi üçün ayrılmış vəsaitə 1 milyon lari əlavə edilib

.
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Hökumət Administrasiyasında keçirilən iclasda dini qurumların rəhbərlərinə baş nazirin qərarını təqdim edib.
Bildirib ki, vəsait sovet dövründə dini icmalara dəymiş mənəvi zərərin qismən kompensasiyası üçün nəzərdə tutulub. Qeyd olunub ki, Gürcüstan hökuməti dini təşkilatların maliyyələşdirilməsinin artırılmasında icmalara mənsub olanların, din xadimləri və ibadət yerlərinin sayını nəzərə alıb.
Müvafiq qərar Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə məsləhətləşmələr əsasında qəbul edilib. Bir milyon lari məbləğində vəsait Gürcüstan hökumətinin Ehtiyat Fondundan ayrılacaq.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və digər dini qurumların nümayəndələri bahalaşmanın olduğu bir vaxtda maliyyənin artırılmasına görə baş nazirə minnətdarlıqlarını bildiriblər və dini ibadət yerlərinin abadlaşdırılması üçün vəsaitin artırılmasına böyük ehtiyac olduğunu qeyd ediblər.
Görüşdə həmçnin R. İgidov, bölgələrdə məscidlərin inşası və ya təmiri ilə bağlı bir sıra problemlərin olduğunu eyni zamanda yerli icra nümayəndələrinin süni əngəllər yaratdığını da diqqətə çatdırıb. /24News.ge/

 

 

Read 140 times Last modified on Last modified on апреля 08 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ