Sunday, August 7, 2022

TBİLİSİDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNUB

Written by  апреля 17 2022
Rate this item
(0 votes)

Bu axşam Tbilisi şəhərində iftar məclisi təşkil olunub. Məclisdə dövlət rəsmiləri, müxtəlif dini icma nümayəndələri,din, elm və ictimaiyyət xadimləri, Azərbaycan, İran İslam Respublikası, Türkiyə, Qətər, Səudiyyə ərəbistanı səfirləri, Qazaxıstan, İraq,

Birləşmiş Ərəb Əmirlikləri səfirliyinin əməkdaşları və diplomatik korpus nümayəndələri iştirak edib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən iftar məclisi Hacı Natiq Əliyevin Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Sonra məclisin aparıcısı Hacı Kamran Məmmədov öncə gürcü, sonra azərbaycan, ingilis, ərəb və fars dillərində məclis iştirakçılarını salamlayıb, təbrik edib, Ramazan ayı haqqında qısa məlumat verib.
Sonra çıxış üçün kürsüyə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze dəvət olunub.
Çıxışları zamanı öncə məclis iştirakçılarını salamlayaraq təbriklərini çatdıran dini rəhbərlər Ramazan ayının fəziləti, Oruc ibadətinin mənəvi və ictimai dəyərləri, bütün dinlərdə orucun olması və formaca fərqli olmalarına baxmayaraq, məqsəd baxımından biri-birinə yaxınlığı barədə danışıblar. Bu günlərin xristian dini və yəhudilikdə də oruc günləri olduğuna işarə edərək, onlara da təbriklərini çatdırıblar.
İftar süfrəsi ətrafında keçirilən məclisdə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmazde, Gürcüstan Patriarxlığının nümayəndəsi Rahib Arçil Ata çıxış edərək müsəlmanları Ramzan ayı münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıblar. Onlar Gürcüstanda dinlər arasında xoş münasibət və unikal tolerantlığın olmasını diqqətə çatdırıblar.
Məclisin sonunda BGMİ-nin şeyx və müftiləri dua edərək dünyaya və ölkəmizə sülh, bolluq-firavanlıq, ərazi bütövlüyü, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu edib, bu ayda dua və ibadətlərin qəbul olunmasını Uca Allahdan diləyiblər.
Məclis süfrə duası ilə sona çatıb. Sonda xatirə şəkilləri çəkilib.

 

Read 160 times Last modified on Last modified on апреля 17 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ