Sunday, August 7, 2022

HƏZRƏT İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRİK

Written by  апреля 17 2022
Rate this item
(0 votes)

Bu gün Ramazan ayının 15-i Əziz Peyğəmbərimizn (s) birinci nəvəsi, müsəlmanların ikinci imamı Həsən ibni Əlinin (ə) mövlud günüdür.

 

İmam Həsən (ə) hicri-qəməri tarixinin 3-cü ilində mübarək ramazan ayının 15-də Yəsrib (Mədinə) şəhərində dünyaya gəlib. Tarixi hədislərə əsasən imamın adını elə babası Həzrət Məhəmməd Peyğəmbər (s) qoyub. Peyğəmbər uşaq doğulan zaman bir qoyunu qurban kəsib yoxsullara paylayır və saçlarını qırxaraq onun miqdarında nəzərdə tutduğu gümüşü yoxsullara verir.
Tarixi mənbələrə əsasən İmam Həsənin (ə) öz babası Məhəmməd peyğəmbərə (s) bənzərliyi daha çox olub. Peyğəmbər imam Həsən (ə) və imam Hüseyni (ə) behişt gənclərinin ağası adlandırıb.
 
Həzrət Əlinin (ə) şəhid edilməsindən sonra müsəlmanlar imam Həsənə (ə) xəlifə kimi beyət edirlər. Daha sonra imam müsəlmanlar arasında qırğın və müharibənin qarşısını almaq üçün Müaviyə ibni Əbu-Süfyanla sülh sazişinə girməli olur. İmam hicrətin 57-ci ilində səfər ayının 28-də Müaviyə ibni Süfyanın hiyləsi ilə zəhərlənərək, şəhid edilir.
İmam Mədinə şəhərinin Bəqi qəbristanlığında dəfn edilir. Təssüflər olsun ki, məzarın üzərindəki məqbərəsi dağıdılan dörd imamdan biridir.

 

Read 156 times Last modified on Last modified on июня 11 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ