Monday, May 16, 2022

MARNEULİDƏ HZ. İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  апреля 18 2022
Rate this item
(0 votes)

Bu axşam Marneulidə Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə mərasim keçirilib. Mərasimdə din xadimləri, dövlət rəsmiləri, səfirlik nümayəndələri və şəhər dindarları iştirak edib.

 

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən mərasim Hacı Rahid Kərimovun Quran tilavəti ilə başlayıb. Sonra məclisin aparıcısı Məşədi Vidadi Qurbanov əlamətdar günlər haqda məlumat verdikdən sonra çıxış üçün sözü Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidova və BGMİnin Şərqi Gürcüstan müftisi Etibar Eminova verib. Çıxışları zamanı onlar Ramazan ayının fəzilət və bərəkəti, bu aya təsadüf edən İmam Həsən Müctəbanın (ə) məqamı, şəxsiyyəti və həyatından bəhs edən məlumatlar veriblər.
Sonra məclisdə iştirak edən millət vəkili Zaur Darğallı, Marneulinin meri Kənan Ömərov, Azərbaycanın ölkəmizdəki səfirliyinin müşaviri Eldar Bayramov, Beynəlxalq Əlmustafa Universutetinin nümayəndəsi Həsən Yusifzadə, Türkiyə cümhuriyyəti səfirliyinin dini işlər üzrə müşaviri Ahmet Erdem, BGMİnin keçmiş müftisi Hacı Yasin Əliyev, sabiq millət vəkili ictima xadim Ruslan Hacıyev mərasim iştirakçılarını salamlayıb, əziz və müqəddəs günlər münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını bildiriblər. İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib. Sonda mərasim İmam Zaman (ə) duası və dualar oxunmaqla sona çatıb.

 

Read 59 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ