Sunday, August 7, 2022

RAMAZAN BAYRAMI VƏ FİTRƏ ZƏKATI HAQDA SUALLARA CAVAB

Written by  апреля 29 2022
Rate this item
(0 votes)

Ramazan bayramı nə zaman başlayır? Bu il astronomik hesablamalara görə çox ehtimal olunur ki, Ramazan ayı may ayının ikisinə təsadüf edəcək.

Belə ki, 1 may gecəsi optik cihazla yeni ayı görmək mümkün olacaq. Ancaq hər il söylədiyimiz kimi bir daha qeyd edirik ki, daha dəqiq bizə yaxın coğrafi məkanlarda yeni ayın görünməsinə may ayının 1-də məlum olacaqdır. O gecə ay göründüyü təqdirdə sabahı bayramın birinci günüdür.

Bu il üçün Gürcüstanda adambaşi fitrə zəkatı neçə lari təşkil edir?
Gürcüstandakı qiymətləri nəzərə alaraq bu il üçün adambaşi fitrə zəkati ən azi 6-8 lari hüdudunda hesablanıb. Əlbəttə onu da qeyd etməliyik ki, İnsan öz maddi imkanından asılı olaraq ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.
 
  Fitrə zəkatı kimlərə düşür?
Həddi buluğa çatmış fəqir olmayan hər kəsə - özünün və onun himayəsində olan (çörəyini yeyən şəxslərə).
  Fitrə zəkatının cinsi və miqdarı nə həddə götürülür:
Hər nəfər üçün 1sa' (təqribən 3 kq) buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanın (yəni xurma və kişmişin) qiyməti dəyərini versinlər.
  Fitrə zəkatının vacib olması və çıxarılma vaxtı və eləcə də verilməsi nə zaman olmalıdır?
Fitr bayramının axşamı çıxılır, Bayram gününün günorta namazına qədər verilməsi gərəkdir. (Əgər müəyyən üzürlü səbəbdən nəzərdə tutulan şəxsə çatdırmaq gecikərsə eybi yoxdur.)
  Fitrə zəkatını kimə vermək olar?
Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Seyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz.
İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da ailəni idarə etməyə kifayət etmir. Bir sözlə çox çətinliklə yaşayışını keçindirir.

 

Read 172 times Last modified on Last modified on июня 11 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ