Sunday, August 7, 2022

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINI İFTAR SÜFRƏSİNƏ QONAQ EDİB

Written by  мая 01 2022
Rate this item
(0 votes)

Ötən axşam iftar süfrəsində baş tutan görüşdə İrakli Qaribaşvili müsəlmanları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

 

Hökümət başçısı çıxışı zamanı iştirakçılara müraciət edərək deyib: “Əziz dostlar, sizi ürəkdən salamlayıram və müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. İftar süfrəmizə gəldiyiniz üçün sizlərə təşəkkür edirəm. Biz hamımız çoxəsrlik qardaşlığımızla, dostluğumuzla fəxr edirik və təbii ki, bu sərvəti övladlarımıza, gələcək nəsillərə ötürəcəyik. Bir-birimizin adət-ənənələrinə, inanclarına hörmət bizim həyat tərzimizdir və təbii ki, bugünkü görüşümüz də buna sübutdur. Gürcüstan dövlətinin müsəlman cəmiyyətinə göstərdiyi diqqət və qayğı ənənəvi olaraq davam edəcəkdir. Hökumət müsəlman vətəndaşların ölkənin inkişafı istiqamətində birgə zəhmət və çalışmalarını yüksək qiymətləndirir. Biz mövcud olan qardaşlığın və dostluğun möhkəmləndirilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik.”
Sonra Baş nazir bir daha iştirakçıları salamlayıb ölkə müsəlmanlarını Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bir daha təbrik edib:
“Qardaşlarım, sizə belə müraciət etmək istəyirəm. Hörmətli şeyx və müftiləri, din xadimlərini, hörmətli səfirləri bir daha salamlayıram və gəldikləri üçün təşəkkür edirəm. Müqəddəs Ramazan ayınızı bir daha təbrik edir, sizə ruzi-bərəkət, sağlamlıq, sülh və xoşbəxtlik arzu edirik, Ramazan Bayramınız mübarək!”
İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadze və şərqi Gürcüstan üzrə müfti Etibar Eminov çıxış edərək müsəlmanlara göstərilən diqqət və sayqıya və dəstəyə görə baş nazirə minnətdarlıqlarını bildirdilər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzulayıblar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərək, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını diləyiblər.
Tədbirdə hökümət və diplomatik korpus nümayəndələri, Azərbaycan, Türkiyə, İran İslam Cümhuriyyəti, Qətər, Birləşmiş Ərəb Əmirlikləri səfirləri din və ictimaiyyət xadimləri iştirak edib.
Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirib.

 

 

Read 177 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ