BİR QURUP GÜRCÜSTAN RUHANİLƏRİ BAKI ŞƏHƏRİNDƏ SƏFƏRDƏ OLUB
19-20 May tarixlərində 40-a yaxın Gürcüstan ruhaniləri Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftiləri də daxil olmaqla Azərbaycan Respublikasının Gürcüstandakı
səfirliyinin təşəbbüs və təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində səfərdə olmuşlar. Səfər çərçivəsində dini rəhbərlər və din xadimləri bir neçə dini qurum və təşkilatlarda olmuşlar. Onlar proqram üzrə Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun sədri Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnistutunun rektor müavini Mirniyaz Mürsəlov və həmin qurumların əməkdaşları ilə görüşmüşlər. Eyni zamanda Gürcüstanın Azərbaycandakı səfirliyində olmuşlar.
Image Gallery
http://bgmi.ge/index.php/news/item/848-bir-qurup-gurcustan-ruhanil-ri-baki-s-h-rind-s-f-rd-olub#sigProId6b716f07d1