Sunday, July 3, 2022

HZ. İMAM RZANIN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  июня 12 2022
Rate this item
(0 votes)

Marneulinin Ağaməmmədli kəndində yerləşən İmam Rza (ə) adında məsciddə İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram tədbir keçirilib.

Məscidin mərasim zalında təşkil olunan tədbirə din və ictimaiyyət xadimləri, rayon və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.
Öncə məscidin axundu Kərbəlayi Çingiz təbriklərini matdırdıqdan və mərasim haqda məlumat verdikdən sonra kürsüyə Quran qiraətçisi Məşədi Vidadi Qurbanovu Quran tilavəti üçün kürsüyə dəvət edib.
Mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin şərqi Gürcüstan müftisinin Marneuli üzrə nümayəndəsi Tahir Bayramov, Marneylinin Baş axundu Hacı Əziz Nəbiyev, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin dini işlər üzrə müşaviri Ahmed Erdem, “Əlmustafa” Dini Təhsil mərkəzinin müdiri Hacı Həsən Yusifzadə çıxış edərək əziz gün münasibəti ilə dünya müsəlmanlarını və məclis iştirakçılarını təbrik ediblər.
Çıxış edənlər imamət səmasının 8-ci parlaq ulduzu İmam Rzanın (ə) kəramət və fəziləti barəsində, eləcə də imamın həyatından və kəlamlarından örnəklər söyləyərək Əhli-beyt imamlarının bəşəriyyətə nümunə və müqəddəs məqama sahib olduqlarını haqqında danışdılar. Belə mərasimləri keçirməklə Hz. Peyğəmbər (s) və ailəsini yad etmənin məqsəd, fayda və fəzilətlərindən söz açıblar.
Şirniyyat süfrəsi ətrafında keçirilən mərasim Əhlibeyt məddahı Kərbəlayi Səid Həsənin oxuduğu şeir və ilahilərlə davam edib.
Tədbirin sonunda dualar oxunub, adları Əli, Rza, Fatimə və Məsumə olan uşaqlara hədiyyələr təqdim olunub.

 

Read 62 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ