Friday, October 7, 2022

DİNİ İCMA TƏMSİLÇİLƏRİ ARASINDA KEÇİRİLƏN ŞAHMAT YARIŞINDA MÜSƏLMANLAR QALİB OLUB

Written by  июня 18 2022
Rate this item
(0 votes)

16-17 iyun tarixlərində Tbilisi Şahmat Sarayında Dini Məsələlər üzrə Dövlət Agentliyinin və Gürcüstan Şahmat

Federasiyasının birgə təşkilatçılığı ilə dini icmalar arasında şahmat üzrə yarış keçirilib.

12 komanda arasında keçirilən yarışda hər dini icmanı 4 şəxs təmsil edərək oyunlara qatılmışdır.
İsveçrə sistemi üzrə keçirilən yarışda Gürcüstan Müsəlmanları İdarəsinin 4 nəfərdən ibarət komandası 1-ci, İncil inancı kilsəsi 2-ci, Gürcü Pravoslav Kilsəsi isə 3-cü olublar.
Gənclərin şahmat oynuna cəlb olunması məqsədi ilə keçirilən yarışın sonunda qaliblərə müxtəlif mükafatlar təqdim olunub.
Müsəlman icmasını təmsil edən Anil Kərəmov, Günel Kərəmova, Bejan Şavadze və Ziya Şavadze qalib olublar.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze və Tbilisi Cümə məscidinin imamı Şirxan Çobanov qaliblərlə görüşərək onlara mükfafatlar təqdim etmiş, uğurlar diləmişlər.
Qeyd edək ki, qalib təmsilçilərimiz keçirilən 7 oyunda 6 qalibiyyət, 1 heç-heçə ilə turniri başa vurmuşlar.

Read 148 times Last modified on Last modified on июля 02 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ