Saturday, October 24, 2020

KAR, KOR VƏ LAL OLAN DÜNYA!

Published in XƏBƏRLƏR Oktyabr 18 2020

KAR, KOR VƏ LAL OLAN DÜNYA!

Korluğu tutub dünyanın,

Dəhşətləri görə bilmir.

Terrorçu zalim olanı

Göz önünə sərə bilmir!

Karlığı tutub dünyanın,

Meydanına girə bilmir.

Ağlar qalan körpələrin

Səsinə hay verə bilmir!

Lallığı tutub dünyanın,

Haqqı görüb deyə bilmir.

Mənfəəti olan yerdə

Susa bilmir, dura bilmir!

Mallığı tutub dünyanın,

İşğalçını sezə bilmir.

Milyonlar qaçqın elindən,

Öz yurdunda gəzə bilmir.

Kallığı tutub dünyanın,

Haqq-ədalət nədir?- bilmir

İnsanlığdan uzaq düşüb

Qanun-qayda, ərkan bilmir.

İ. Ramin


AZƏRBAYCANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNİN QONAĞI OLUB
Bu gün, Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev cənabları və səfirin birinci katibi Anar Rəsulov Gürcüstan Müsəlmanları İdarəsinin qonağı oldular.
İdarənin rəsmi ofisində keçirilən görüşdə Şeyx Hacı Ramin İgidov və müfti vəzifəsinin icraçısı Hacı Ayvaz Mərdanov və idarənin Ali Dini Şurasının üzvü Hacı Faiq Nəbiyev və əmkdaşı Oktay İsayev iştirak edib.
Öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov cənab səfir və əməkdaşını salamlayaraq, Azərbaycan üçün dua və xoş arzularını, şəhid olan əsgər və mülki şəxslərə üçün, rəhmət, ailələrinə isə səbr diləklərini çatdırıb. Sonra Gürüstanda dini vəziyyət, dövlət din və dinlər arası münasibətlər, müsəlmanların dini vəziyyəti haqda ətraflı məlumat verib. İdarənin bir çox xarici ölkələrdəki dini təşkilat və mötəbər qurumlarla əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətin digər dinlərlə yanaşı sağlam İslam dininin yaşaması yönündə göstərdiyi diqqət, dəstək və qayğıdan danışıb. Təmsil etdikləri dini qurumun məqsəd və gördüyü işlər və gələcək fəaliyyəti haqqında geniş məlumat verib.
Hacı Eyvaz Mərdanov və Hacı Faiq Nəbiyev Gürcüstan ictimaiyətinin Azərbaycanda gedən prosesləri davamlı izlədiklərini, ürəklərinin ordakı soydaşlarmızla birgə döyündüyün dilə gətiriblər. Onlar iki qonşu, qardaş, strateji müttəfiq ölkənin hər sahələrdə olduğu kimi dini sahədə də əməkdaşlığının olmasının vacibliyini vurğulayıblar.
Azərbaycanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev öncə səmimi və qonaqpərvər qarşılamaya görə təşəkkür edib. O, Azərbaycan üçün verilən dəstəklərdən dolayı Gürcüstanın din rəhbərliyinə və ictimaiyyətə minnətdarlığını bildirib. Görüşdən məmnunluğunu ifadə edən səfir verilən məlumat üçün təşəkkür edərək Gürcüstandakı dini vəziyyətlə maraqlandığını, İdarə ilə dini sahədə əməkdaşlığa hazır olduğunu söyləyib.
Görüşdən razılıqlarını bildirən şeyx ölkəmizə yeni təyin olan səfirə təbriklərini çatdırıb, məsuliyyətli vəzifəsində uğurlar diləyibdir. Görüşün sonunda xatirə fotoları çəkilib.

BU GÜNLƏR ƏZİZ PEYĞƏMBƏRİMİZİN (S) VƏFATl, İMAM HƏSƏNİN (Ə) VƏ İMAM RZANIN ŞƏHADƏTİ İLDÖNÜMLƏRİNƏ TƏSADÜF EDİR.
Bü hüznlü günlər münasibəti ilə bütün dünya müsəlmanlarına başsağlığı veririk.
16 OKTYABR 2020
Hz. Məhəmməd Peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: "Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt". Məhəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.
16 OKTYABR 2020
İmam Həsənin (ə) şəhadət günüdür.
Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsən (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin 50-ci ilində Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
17 OKTYABR 2020
İmam Rzanın (ə) şəhadət günüdür. Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.
Imam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. Imamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib.
Bü hüznlü günlər münasibəti ilə bütün dünya müsəlmanlarına başsağlığı veririk.

İMAM HÜSEYNİN (Ə) “ƏRBƏİN” GÜNÜNƏ HƏSR OLUNMUŞ “KƏRBƏLA HƏQİQƏTLƏRİ” ADLI SORĞU-CAVAB PANELİ KEÇİRİLİB

Bu gün, Qardabaninin Ağtəhlə kəndində yerləşən məsciddə Həzrət İmamı Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Kərbəla həqiqətləri” adlı sual-cavap paneli şəkilində tədbir keçirilib.

Qurani-Kərimin tilavətindən sonra tədbirin aparıcısı Hacı Kamran Məmmədov tədbirin məqsədini və formatını açıqlayıb. Öncə İştirakçılara xoşgəldin demək və ürək sözlərini çatdırmaq üçün məscidin axundu Kərbəlayi Fəyaz Şahverdiyevə söz verib.

Sonra tədbir sual-cavab paneli şəkilində davam edib. Tədbirə onlayn şəkildə Azərbaycandan, Türkiyə və İrandan qoşulan dəyərli din alimləri (Hacı Hasan Karabulut, Hacı Təbriz Qasımov və Hacı Məhəmməd Baqir Saivər ağa) bir neçə önəmli sualları cavablandırıb. Kərbəla hadisəsi ümumbəşəri hadisə olub, olmaması?, Hadisənin yaşadılmasında əsas məqsəd və qayənin nə olduğunu? Bu hərəkatın məqsədi və dinimizin diri saxlamasındakı rolu və s. kimi suallara aydınlıq gətirilib. Tədbirin moderatoru Kamran Məmmədov isə ara-sıra öz fikir və əlavələrini bildirərək, cavabların qısa özətini təqdim edibdir.

Daha sonar kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Ərbəin münasibəti ilə təsliyət deyib, eləcə də Azərbaycanın doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olanlara rəhmət diləyib, başsağlığını çatdırıb, əsgərlərin sağ salamat ailələrinə qayıtması üçün də dualar edib. O şıxışı zamanı İmam Hüeynin (ə) Kərbəla qiyamının mahiyyət və fəlsəfəsinin elmi şəkildə çatdırılmasının da önəm və faydalarını qeyd edib. Həmçinin “Hər gün Aşura və hər yer Kərbəla” şüarının bu gün də Azərbaycan və dünyanın bir çox ölkələrinin simasında yaşandığını qeyd edib.

Sonda tədbir və Ərbəin haqda dəyərli din alimi Hacı Davud ağa fikirlərini bildirib.

Tədbir birgə dua oxumaqla sona çatıb. Sonda iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.


MARNEULİDƏ “ƏRBƏİN”Ə HƏSR OLUNMUŞ “KƏRBƏLA VAQİƏSI” ADLI TƏDBİR KEÇİRİLİB

Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində İmam Hüseynin “Ərbəin”inə həsr olunmuş “Kərbəla vaqiəsi” başlıqda sorğu-cavab paneli keçirilib.

Marneuli rayonu və kəndlərdən dəvət olunan inanclı xanımların iştirak etdiyi paneldə öncə tədbirin moderatoru Nahidə Hacıyeva Quran tilavəti üçün kürsüyə Lalə İbrahimovanı dəvət edib. Sonra möminələri maraqlandıran suallar qonaqlara ünvanlayaraq arada öz fikir və əlavələrini bildiribdir.

Sualları Azərbaycandan Yeganə Salamzadə, İrandan Nəsrin Miyanəci, Türkiyədən Nuray Çaba və Rusiyadan Gülnar Nərimanova kimi dini savadlı xanımlar (Team Linklə) onlayn şəkildə qoşularaq İmam Hüseynin (ə) qiyamının mahiyyəti və keyfiyyəti haqqında müəyyən sorğu və şübhələri cavablandırıblar. Gürcüstandan Şahnaz Həsənova da müəyyən sualın cavabına aydınlıq gətiribdir. Çıxışlar projektor vasitəsi ilə nümayiş edilib.

Tədbirin sonunda Azərbaycan əsgərləri üçün dualar oxunub, şəhidlərə rəhmət dinlənildikdən sonra İmam Zaman (ə) duası ilə sona çatıbdır. Sonda İmam Hüseyn (ə) adına sadə ehsan süfrəsi açılıbdır.


TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ AZƏRBAYCAN ŞƏHİDLƏRİ ÜÇÜN QURAN XƏTMİ VƏ DUA MƏRASİMİ KEÇİRİLİB

Bu gün Tbilisi Cümə məscidində Azərbaycanın öz torpaqların işğaldan azad etməsi uğrunda, döyüşən qəhrəman əsgərlər üçün dua və şəhid olanların ruhuna isə Quran xətmi mərasimi keçirilib.

Din xadimləri və bir qrup möminlərin iştirak etdiyi mərasimdə Hacı Vidadi Qurbanov və Hacı Rahid Kərimovun Quran tilavəti və oxunulan cüz-lərin tapşırmasından sonra işğalda olan torpaqların taleyi haqda çıxışlar edilib.

Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Ruhanilər Heyətinin üzvü Hacı Kamran Məmmədov, Azərbaycanlı Ağsaqqallar Şurasının üzvü Hacı İshaq Novruzov və başqaları işğala məruz qalan torpaqlarının azadlığı uğrunda əks hücum əməliyyatı aparan qonşu və milli dövlət Azərbaycanın mövqeyini dəstəkləyiblər.

Onlar çıxışlarında qeyd ediblər ki, 30 ilə yaxın bir vaxtda BMTnin qətnamələrinə və bir çox beynəlxalq mötəbər təşkilatların bəyannamələrinə məhəl qoyulmadan 20% torpağı işğalda olmaqla bir milyon qaçqını olan bir xalq təbii ki, bu haqsızlıqla barışa bilməzdi.

Bu gün, Azərbaycana dəstəyin milli, dini vəzifədən də aləvə insani vəzifə olaraq haqqı tapdalanmış, zülm olunmuş xalqın yanında olmaq prinsipindən ötrü də vacib olduğunu vurğulamışlar. İllərdir ki, Gürcüstan və Azərbaycan xalqlarının eyni taleləri yaşadığını və hər iki qonşu xalqın bir birinin dərdini çox yaxşı başa düşdüyünü – Hər iki dövlətin 20 faiz torpaqlarının işğal olunmasını və zaman-zaman qurbanlar verdiyini bildiriblər.

Tədbirin sonunda Hər iki dövlətin işğalda olan torpaqlarının azad olunması, ədalətə əsasında sülhün bərpasını və Allah yanında şəhidlərin daha uca məqama nail olmaları, qanlarının yerdə qalmamaları üçün dualar edilib.


BAŞSAĞLIĞI VERİRİK!

Published in YAZILAR Oktyabr 04 2020

BAŞSAĞLIĞI VERİRİK!

Acarıstanın Xelvaçauri rayonunun Kveda-Coço kəndində torpaq sürüşməsi nəticəsində dünyalarını dəyişən həmvətənlilərimizə rəhmət diləyir, yaxınlarına və ölkə xalqına başsağlığı veririk.

Qeyd edək ki, iki gün öncə Acarıstanda güclü yağış nəticəsində 5 nəfər 40 min ton torpağın altında qalmışdır. Onlardan digər 3 nəfərin cəsədləri də bu gün çıxarılıbdır.


Haqq döyüşçülərinə qüvvət, şəhidlərə məqamlarının uca olmasını diləyirik. Allah işğalda olan bütün torpaqların azadlığını nəsib etsin.


GÜRCÜSTANDA QISA İSLAM ENSİKLOPEDİYASI NƏŞR OLUNUB
Yeni işıq üzü görən “Ensiklopedik İslami bilgilər” adlı Kitabda Qurani-Kərimdə və islami ədəbiyyatlarda işlənən 500-dən çox terminin izahı və onlar haqqında bilgilər yer alıb.
Əlifba sırası ilə verilmiş sözlərin izahında yalnız ensiklopedik məlumatlarla kifayətlənilməyib. Bir çox fiqhi, əqidəvi, əxlaqi terminlər haqqında hər bir müsəlmanın bilməli olduğu informasiyalar da yer alıb. Bundan əlavə, qısa şəkildə peyğəmbər və imamların həyatı, xüsusi adlarla yadda qalan tarixi məqamlar haqda bilgilər də kitabda əks olunmuşdur.
Bir sözlə, “Ensiklopedik İslami bilgilər” kitabı iki ehtiyacdan ərsəyə gəlib:
1) Dini kitablarda işlənən terminlərin mənasını bilmək;
2) Hər bir müsəlmanın bilməsi vacib olan ümumi məlumatları öyrənmək.
Ümid edirik, hələlik 1000 tirajla iri həcmdə (A4 ölçüdə) və rəngli çap olunan bu kitab müsəlmanlar üçün mühüm islami mənbələrdən biri olmaqla yanaşı, oxucuların rəğbətini qazanacaq, onların stolüstü kitabına çevriləcək.
Kitabın işıq üzü görməsində əməyi keçən bütün əməkdaşlarımıza dərin təşəkkürümüzü bildiririk.

İŞĞALA MƏRUZ QALAN TORPAQLARIN AZAD OLNMASINI DİLƏYİRİK

30 ilə yaxındır ki, Gürcüstan və Azərbaycan torpaqlarının bir hissəsi işğala məruz qalıb. Beynəlxalq qətnamələrə məhəl qoyulmayaraq haqsızlıqlar bu günə qədər də davam edir.

Allah vətənimizə və eləcə də qonşu və qardaş ölkə Azərbaycana öz haqqı olan ərazi bütövlüyünün bərqərar edilməsində yardımçı olsun.

Allah ölkəmizə və dünyaya sülh, sihhət, bolluq və firavanlıq bəxş etsin. Amin!


1 -dən səhifə 31