Thursday, June 4, 2020

TBİLİSİ “ƏHLİBET” MƏSCİDİNDƏ HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏT İLDÖNÜMÜ MƏRASİMLƏ YAD EDİLDİ

Bu axşam Peyğəmbərimizin (s) əziz qızı, xanımlar xanımı və imamlar anası Hz. Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə bağlı “Əhlibeyt” məscidində məscid əhlinin təşkilatçılığı ilə əza məclisi keçirildi. Möminlərin iştirakı ilə keçirilən mərasim Quran tilavəti ilə başlayaraq xütbələr, rövzə və mərsiyələrlə davam etdi. Sonda ehsan verildi, dualar oxundu.
Allah bu günlərdə (“Fatimə (s.ə) günləri”ndə) belə məclislərin təşkil olunmasında əməyi keçən hər kəsdən qəbul etsin. Amin!


14 MƏSUMUN HƏYATINDAN BƏHS EDƏN QISA MƏZMUNLU İRİ HƏCMDƏ HAZIRLANAN BUKLETLƏR YAXINDA İŞIQ ÜZÜ GÖRƏCƏKDİR

14 adda olan bukletlərdə Peyğəmbərimiz Həzrət Məhəmməd (s), Xanımlar-xanımı Hz. Fatimeyi Zəhra (s.ə) və Peyğəmbərimizin haqq canişinləri olan 12 İmamımızın həyatı haqqında qısa məlumat yer almışdır.

İri həcmdə 6 səhifədən ibarət rəngli bukletlərin yaxında İri tirajda çap olunması nəzərdə tutulub. Proşurların yaxında Play Merket akauntmızda (islammobile) android tipli telefonlar üçün aplikasiyası da yerləşdiriləcəkdir.

PDF formatlarını (aşağıda verilmiş linlklərə klik etməklə) yükləyə biləcəksiniz.

1. https://cloud.mail.ru/public/xLrm/58hDWev3f
2. https://cloud.mail.ru/public/5NSG/3eWP98M5z
3. https://cloud.mail.ru/public/4aC7/PGophv78x
4. https://cloud.mail.ru/public/3Xus/pUP6B1eqE
5. https://cloud.mail.ru/public/3ShX/5jfxruMxj
6. https://cloud.mail.ru/public/5P22/4MUA5423f
7. https://cloud.mail.ru/public/SfQc/4Mmg8ZNWA
8. https://cloud.mail.ru/public/DDuv/4g587BVyT
9. https://cloud.mail.ru/public/53PV/z47BtBvc1
10. https://cloud.mail.ru/public/2E1u/4uR2GNJTz
11. https://cloud.mail.ru/public/4B5M/3617tyZFD
12. https://cloud.mail.ru/public/4L5H/5HoioCcrz
13. https://cloud.mail.ru/public/3Cm6/5oUc6NfzG
14. https://cloud.mail.ru/public/4KuD/2Z77EMGLN


HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BAŞSAĞLIĞI VERİRİK

Bu gün Əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) əziz qızı və Hz. İmam Əlinin (ə) həyat yoldaşı, imamlar anası və hər iki dünya xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
Hz. Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmağına baxmayaraq, həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat edib. Peyğəmbər (s) nəsli həzrət Fatimənin (s.ə) övladları ilə davam etdirilib.

"Qurani-Kərim"in bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib. Quranı-Kərimin “Kövsər” surəsi isə xanım Fatimənin şəninə nazil olubdur. Belə ki bəzi bütpərəstlər Məhəmməd peyğəmbəri övladı olmadığını görə, töhmətləndirir və ona sonsuz deyirdilər. Böyük Allah Məhəmməd peyğəmbərə hz Fatiməni verərək, “Biz sənə çoxlu xeyir verdik, buna görə, namaz qılıb qurban kəs və bil ki sənə töhmət vuranlar özləri sonsuzdurlar” deyərək, bu surəni ona nazil edir.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri Atasının (s) müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) xanımı Xədicəni (s.ə) itirir; Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrət Fatimə (s.ə) müşriklərin Atasına (s) verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim Atasının (s) yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrət Əli (ə) bədbinlər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər


Gürcüstan Müsəlman Qadınlar İcmasının (GMQİ) "Səyyar Təbliğ Qrupunun" təşkilatçılığı və yerli məscid əhlinin dəstəyi ilə bölgələrdə xanımların iştirakı ilə “Əyyami Fatimə” (Hz. Fatimənin (s.ə) şəhadət günləri) münasibəti ilə silsilə əza mərasimləri keçirilir.



Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli rayonundakı ofisində din xadimlərinin iştirakı ilə təşkil olunan təlim proqramında


Bu gün Tbilisidə “Dini ekstremizm və radikalizm təhlükəsinin qarşısının alınmasında sağlam dini maarifləndirmənin rolu” mövzusunda konfrans keçirilib.


Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) mərkəzi binasında 2019-cu ilin hesabatı ilə bağlı tədbir keçirilib.

Bu gün Avropa Parlamentinin toplantı salonlarından birində Dinlərarası Dialoq məqsədi ilə seminar keçirilib.


Gürcüstanın dini konfessiya rəhbər və nümayəndələri Belçikanın paytaxtı Brussel şəhərində səfərdədirlər.


5 -dən səhifə 27