Wednesday, April 14, 2021

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ BATUMİDƏ MÖVLUD MƏRASİMİ KEÇİRİB VƏ HESABAT TƏQDİM EDİB

Written by  ноября 19 2018
Rate this item
(0 votes)

Acarıstan Muxtar Vilayətinin mərkəzi şəhəri Batumidə Mövlud bayramı və Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə din xadimləri, dövlət rəsmiləri, Azərbaycan, İran və Türkiyə konsulluq nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.

Qurani Kərimin tilavətindən sonra tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Acaranın hökümət başçısı Tornike Rijvadze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin əməkdaşı Nino Cavcavadze və digər qonaqlar çıxış edərək öncə Hz. Məhəmməd Peyğəmbərin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Hz. Məhəmməd Peyğəmbərin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin üstünlük və özəllikləri barəsində ətraflı danışıbar. Çıxış edən din rəhbərləri 1448 il keçməsinə baxmayaraq hələ də Peyğəmbər ümmətinin bu günkü ağır vəziyyətinə toxunaraq müsəlmanların birliyə ehtiyacları olduqları halda düşmənlərin fitnəsinə uyub bir-birilərinə qarşı çıxdıqlarının səbəblərini təəsüflənərək dilə gətirdilər.
İkinci hissədə İdarənin əməkdaşı Temur Qorqadze ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri projektorla sərgiləyərək təqdim etdi. Dini təkmilləşdirmə kurslarını bitirənlərə sertifikatlar təqdim olundu.
Sonra qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşdülər. İçtirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olundu.

Read 820 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ