Thursday, August 22, 2019

GÜRCÜSTANDA KEÇƏN RAMAZAN AYI - 2019

Written by  İyun 04 2019
Rate this item
(0 votes)

Artıq 6 ildir ki, öləmizin müsəlmanlar yaşayan şəhər, rayon və kəndlərində Gürcüstan Müsəlmanları İdarəsi və yerli idarəetmə orqanları tərəfindən Ramzan ayında iftar süfrələri təşkil olunur.

İftar məclislərində dövlət rəsmiləri, din xadimləri, və dindarlarla yanaşı həmin məntəqənin ictimaiyyət xadimləri, elm adamları və də iştirak etdilər. Məclisin qonaqları səmimi süfrə arxasında bir-birini tanıyır, dinimizin mədəniyyəti ilə tanış olurlar
Bu ildə də ənənəyə sadiq qalaraq ölkənin yeni baş naziri müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib, iftar süfrəsi təşkil etdi. 
Deyə bilərik ki, bu ilin iftar məclisləri ötən illərlə müqayisədə daha irimiqyaslı və möhtəşəm keçdi. Kvemo Kartli, Msxeta və Kaxetinin rayon və kəndlərindən əlavə qərbi Gürcüstanda yaşayan müsəlman gürcülər üçün də iftar süfrələri təşkil olundu. Məclislərin çoxunda bölgə qubernatoru, icra hakimi və bələdiyyə sədrləri iştirak edərək müsəlmanları təbrik edib xoş arzularını çatdırdılar. Tolerant çoxkonfesiyalı ölkəmizdə vətəndaşları mənəvi paklığa, qarşılıqlı hörmətə və qardaşlıq ənənəsini yaşatmağa çağırdılar.
Bu ildə də müsəlmanların sıx yaşadığı bir neçə şəhərdə Ramazan ayını təbrik banerləri quraşdırıldı. Türkiyənin Diyanət vəqfi, Əziz Hudayi vəqfi və başqa fondlar tərəfindən Gürcüsan üçün ayrılan ianə və yardımlardan 1500-ə yaxın yoxsul ailələrə ərzaqla dolu iftar kisələri təqdim olundu. 
1 İyum Beynəlxalq Uşaqların Müdafiəsi günü əlil və kimsəsiz uşaqlar yurduna və yetim uşaqlara yardımlar edildi. Ramzanla bağlı jurnal və praşurlar, oruc təqvimi çap olunaraq inanclı müsəlmanlara çatdırıldı. İnternet televizyası vasitəsi ilə Ramazan ayı və oruc ehkamı haqda bigilər verildi.
Məscidlərdə ibadətlər edildi, Qədr gecələri və Quran müsabiqəsi və tilavət mərasimləri təşkil olundu. Hz. Əlinin şəhadəti (ə) və İmam Həsənin təvəllüdü (ə) münasibəti ilə tədbirlər keçirildi. 
Həbsxanalara baş çəkildi, onlara müəyyən dini ədəbiyyat və əşyalar götürüldü. Cəzaçəkmə müəssisələrində olan müsəlman məhbusların bayram keçirmələri üçün ailələrində bayram yeməkləri gəlməsi üçün müraciət olundu.
Biz Gürcüstan Müsəlmanları İdarəsi olaraq ölkə müsəlmanları adında dinimizə göstərilən diqqət və qayğıdan dolayı ölkə rəhbərliyinə və iftarların təşkilində zəhməti keçən təşkilatlara və hər kəsə minnətdarlığımızı bildirir. Bu ənənənin hər zaman yaşamasını arzulayırıq. Ümid edirik ki, belə hallar din və millətlər arasında xoş münasibətlərin və tolerantlığın inkişafına xidmət edəcəkdir. 
Allah bu ayda tutulan orucları, edilən dua və ibadətləri, verilən iftar süfrələrini, eləcə də edilən ianə və yardımları Ali dərəcədə qəbul etsin. Bizə növbəti Ramazan aylarında yaradana ibadət etməyi nəsib etsin. Amin!

Read 107 times