Sunday, May 16, 2021

İMAM ƏLİYYƏN NƏQİ (ə)

Written by  августа 06 2020
Rate this item
(0 votes)

İMAM ƏLİYYƏN NƏQİ (ə)

İmamın adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, künyəsi Əbül Həsən olmuşdur. Atası imam Cavad (ə), anası Səyyidə və ya Səmanədir.

İmam hicri 213-cü il zilhiccə ayının 15-də dünyaya göz açmış, atasının şəhadətindən sonra imamət məqamına çatmışdır. Həzrət imamət dövrünün böyük hissəsini Samirra şəhərində Bəni Abbas hökumətinin nəzarəti altında keçirmişdir. Nəhayət rejim tərəfindən zəhərlənmiş və hicri 254-cü il rəcəb ayının 3-də 41 yaşında ikən dünyasını dəyişmişdir. İmam Samirra şəhərində torpağa tapşırılmışdır.

İMAMIN KƏLAMLARINDAN:

* “Allahdan qorxandan qorxarlar, Allaha itaət edənə itaət olunar, Xaliqə itaət edən (Onun əmrlərinə təslim olan) məxluqatın qəzəbindən əsla qorxmaz və Xaliqi qəzəbləndirən bilməlidir ki, məxluqatın (xalqın) qəzəbindən amanda olmayacaqdır.”

* “Dünya elə bir bazardır ki, bir qrup orada (qiyamət üçün) xeyir qazanır, digər bir qrup isə ziyana uğrayır.”

* “Helm odur ki, nəfsinə sahib olasan və qüdrətin ola-ola hirsini boğasan.”

* “Yaxşılıqdan yaxşı onu yerinə yetirən, gözəllikdən gözəl onu deyən və elmdən üstün ona əməl edəndir.”

* “Narahat etdiyin şəxsdən səfa və səmimiyyət gözləmə, xəyanət edib aldatdığın şəxsdən sədaqət gözləmə, sui-zənn etdiyin şəxsdən nəsihət gözləmə…”.

* “Ən pis fəlakət pis əxlaqdır.” “Cahillik və paxıllıq ən pis əxlaqdır.”

* “Pis adamlarla dostluq etmək insanın pisliyinə dəlalət edir.”

* “İstehza və məsxərə etmək səfehlərin xasiyyəti və nadanların peşəsidir.”

* “Gücün çatmadığın insanın üstünə qəzəblənmək acizlik, gücün çatdığın insanın üstünə qəzəblənmək isə alçaqlıqdır.”

Read 387 times Last modified on Last modified on марта 25 2021

Image Gallery

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ