“GÜRCÜSTANDA NARKOSİYASƏT - PROBLEMLƏR VƏ BEYNƏLXALQ TƏCRÜBƏLƏR" MÖVZUSUNDA
Dünən Müqəddəs Andria adına Kartuli Univeristetində “Gürcüstanda narkosiyasət - problemlər və beynəlxalq təcrübələr" mövzusunda elmi-praktik konfrans keçirildi.
Gürcüstan Patriarxlığı tərəfindən keçirilən konfransda dini icma və hökümət nümayəndələri
parlament üzvləri, Konstitusiya Məhkəməsi hakimləri, hüquqşünaslar, elm admları və digər dövlət rəsmiləri iştirak edib.
Konfransda çıxış edənlər marixuananın tibbi, sosial və psixoloji zərələri və qarşısının alınması, eləcə də ondan istifadə və satışın azad olduğu ölkələrin durumu və narkosiyasət haqda dünya ölkələrinin təcrübələri haqda danışılıb. Konstitusiya Məhkəməsinin qərarı müzakirə edilib.
Sonda qarşısının alınması haqda Gürcüstan parlamentinə və Birləşmiş Millətlər Təşkilatına bəyanat ünvanlanmışdır.