DMANİSİ VƏ BOLNİSİDƏ VƏHDƏT HƏFTƏSİNDƏ MÖVLUD MƏRASİMLƏRİ KEÇİRİLİB
Dmanisi və Bolnisidə keçirilən bayram mərasimi də Gürcüstanın digər yerlərində keçirilən
tədbirlərdə olduğu kimi Qurani-Kərimin tilavəti ilə başladı
Tədbirdə Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqixüsusisiyyətlərindən söhbətlər edildi, şeir və ilahilər söylənildi. Sonda Gürcüstan Müsəlmanları İdarəsinin son beş il ərzindəki fəaliyyətləri haqqında da iştirakşılara məlumatlar verildi. Bölgədə fəaliyyət göstərən din xadimləri İdarə tərəfində “Təşəkkürnamə” ilə təltif edildilər.
Tədbirdə yerli müsəlmanlarla birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi, din xadimləri, yerli idarəetmə orqanlarının rəhbərləri, elm və ictimaiyyət xadimləri iştirak etdilər. Mərasim dua oxumaqla sona çatdı.