Sunday, August 7, 2022

DİN HAQQINDA QANUNLA BAĞLI MÜZAKİRƏLƏR DAVAM EDİR.

Written by  февраля 16 2019
Rate this item
(0 votes)

Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında məsələ yenidən qapalı formatda müzakirə olunub.

İclasda iştirak edən müxtəlif dini icmaların, o cümlədən müsəlman icmasının nümayəndələri

yerli və beynəlxalq təşkilat rəhbərləri və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri iştirak edib.
Bəzi təşkilat və dini icma nümayəndələri qanunun onların fəaliyyətini məhdudlaşdıracağını düşünürlər. Onların fikrincə bu sahədə ayrıca qanuna ehtiyac yoxdur və bəzi qanunlara dəyişikliklər edilsə məsələ öz həllini tapar.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov bu haqda Şura üzvləri olan savadlı ruhanilərin fikirini qeyd edib:
“Dini qanun diskriminasiya bərabərdir” fikri düz deyil. Ona görə də ümumi qanuna qarşı olmaq fikri yanlışdır. Biz “Qanuna yox!” demirik. Amma bu o anlama gəlməz ki, “diskriminasiyalı qanun” olarsa hə! deyərik. Bir sözlə demək olar ki, “qanun yanlış deyil” amma “yanlış qanun” olması mümkündür.
Biz düşünürük ki, “Din və vicdan azadlığı” əsası altında qəbul olunan qanun məhdudiyyət yaratmaqla diskriminasiyalara səbəb olmamalıdır. Dini azadlığın hakim olduğu və bir çox məsələlərdə unikallığı ilə seçilən ölkəmizdən də bunu gözləmirik.
Əlbəttə özbaşnalıq da yol verilməzdi. Düşünürük ki, əhatəli və kamil qanun qəbul olunarsa dinlər üçün və hətta dövlətimiz üçün faydalı olar.
Dövlət və dini münasibətlər hüquqi yöndə daha da aydınlaşar; çaşqınlılar və müəyyən cavab verilə bilinməyən yaşadığımız problemlər aradan qalxar;
Dinlərarası xoş münasibətlərə xələl gəlməz və çoxdinli ölkəmizdə dinlərarası sabitlik qorunar”.
O sözlərinin sonunda təklifini bildirməmişdən öncə bildirib:
“Burda görürük ki, müəyyən dini icmalar ayrıca dini qanuna qarşı olsalar da bir çox məsələlərdə qanunlara dəyişik və əlavələrin tərəfdarlarıdılar. Düşünürük ki, əgər dövlətin qanun haqda xöş niyyətdə olmamasına inansaq o zaman təklif etdikləri müxtəlif bəndlərdə müəyyən məhdudiyyət və diskriminasiya olmamasından əmin olmaq olarmı?
Ya dövlət müəyyən dövlət orqanına dinlərin nəzarət olunması və ya sıxışdırılması üçün müəyyən səlahiyyətlər verərsə necə?
Ona görə də təklif edirik ki, inkişaf etmiş dini azadlığı və tolerantlığı ilə seçilən dövlətlərin təcrübələrindən yararlanaraq bizim də iştirakımız olmaqla bir qanun layihəsi hazırlansın. O müzakirə edilsin. Müsbət olub olmaması haqqında o zaman fikir söylənilib rəy verilsin”.

Read 1390 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ