Monday, September 20, 2021

AZYAŞLI UŞAQLAR ARASINDA QURAN MÜSABİQƏSİ KEÇİRİLİB

Written by  августа 29 2019
Rate this item
(0 votes)

Artıq neçə ildir ki, Tbilisi şəhərində Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında

Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu və hifzi üzrə yarışlar təşkil olunur.

Keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar.
Bu il üçün təşkil olunan yarışa bu gün Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verildi. Yarışda 60-dan çox azyaşlılar Quran-Kərimin qiraəti və müəyyən surələrin hifzi üzrə özlərini sınayıblar.
Yaxında yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcəklər.
Yarışın təşkilinə zəhəməti keçənlərə, hakimlərə və xüsusi ilə də şagirdlərin ustadlarına təşəkkür edir, Allahdan əcr və mükafat diləyirik.

Read 1062 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ