Monday, September 20, 2021

TBİLİSİDƏ MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ İZDİHAMLI ŞƏKİLDƏ KEÇİRİLİB

Written by  сентября 10 2019
Rate this item
(0 votes)
Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi paytaxt Tbilisidə Cümə məscidində (və digər səkkiz yerdə) 10 günlük Məhərrəmlik
mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirildi.
Məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxundu, söhbətlər edildi, mərsiyələr oxundu və hər axşam Ehsan süfrələri açıldı. 
Gürcüstan Müsəlmanları İdarəsi İmam Hüseynin (ə) Kərbəla qiyamını xatırladan və dinimizi öyrənməyə şərait yaradan belə məclislərinin təşkilində hər növ zəhmət çəkənlərə Allahdan əcr diləyir, dua və Ehsanların ali dərəcədə qəbul olunmasını istəyir. Allah bütün Hüseynsevərlərə və Onun yolunu gedənlərə Həzrətin bu dünyada ziyarətini və axirətdə isə şəfaətini nəsib etsin. Amin!
Read 995 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ