Thursday, December 2, 2021

HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BAŞSAĞLIĞI VERİRİK

Written by  января 29 2020
Rate this item
(0 votes)

HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BAŞSAĞLIĞI VERİRİK

Bu gün Əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) əziz qızı və Hz. İmam Əlinin (ə) həyat yoldaşı

imamlar anası və hər iki dünya xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
Hz. Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmağına baxmayaraq, həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat edib. Peyğəmbər (s) nəsli həzrət Fatimənin (s.ə) övladları ilə davam etdirilib.

"Qurani-Kərim"in bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib. Quranı-Kərimin “Kövsər” surəsi isə xanım Fatimənin şəninə nazil olubdur. Belə ki bəzi bütpərəstlər Məhəmməd peyğəmbəri övladı olmadığını görə, töhmətləndirir və ona sonsuz deyirdilər. Böyük Allah Məhəmməd peyğəmbərə hz Fatiməni verərək, “Biz sənə çoxlu xeyir verdik, buna görə, namaz qılıb qurban kəs və bil ki sənə töhmət vuranlar özləri sonsuzdurlar” deyərək, bu surəni ona nazil edir.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri Atasının (s) müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) xanımı Xədicəni (s.ə) itirir; Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrət Fatimə (s.ə) müşriklərin Atasına (s) verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim Atasının (s) yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrət Əli (ə) bədbinlər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər

Read 1213 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ