Sunday, May 16, 2021

9 APREL FACİƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Written by  апреля 10 2021
Rate this item
(0 votes)

9 APREL FACİƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Ötən illərdə olduğu kimi bu gün də Gürcüstan Müsəlmanları idarəsinin

şeyx və müftisi ruhanilərdən ibarət nümayəndə heyəti ilə birgə Parlament binasının qarşısında 9 aprel faciəsinə qurbanlarına həsr olunmuş abidənin önünə əkil qoydu. Sonra Tbilisi Cümə məscidinin iclas zalında din, elm və ictimaiyyət xadimlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Hacı Kamran Məmmədovun aparıcılığı ilə keçirilən tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Abay Paşayev, 9 aprelin canlı iştirakçısı Qəhrəman müəllim Musayev və Gürcustan Gənçlərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev çıxış ediblər. Çıxış edənlər yaddaşlarda yaşayan 9 aprel tarixi qəhrəmanlığı, səbəbi, mahiyyəti haqda danışıblar. İslam dininə görə vətən sevgisi və vətənin müstəqilliyinin və qorunmasının önəmi haqqında söhbət açıblar. Belə tədbirlərin keçirilməsinin vətəni sevmək, onu qorumaq üçün gənclərimizin vətənpərvər və mənəvi dəyərlər ruhunda tərbiyə olunmalarına təsirə malik olduğu qeyd olunub.

Tarixi məqamlara nəzər salınaraq iki qonşu ölkələrin - Gürcüstan və Azərbaycanın bir çox məqamlarda olduğu kimi məhz 9 aprel acısının böyük bənzərini 20 Yanvar faciəsində eyni talehi yaşadıqlarına da toxunulub. Sonra 9 apreldən bəhs edən qısa video çarx tədim olunub.

Sonda ölkələrdə sülh və əminamanlığın, azadlıq və süverenliyin əbədi olmasına, işğala məruz qalan torpaqlarının azad olunması və ölkələrin bolluq və firavan gələcəyi üçün dualar edilib.

Read 92 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ