Monday, September 20, 2021

SABAH 13 MAY BAYRAM GÜNÜDÜR. RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

Written by  мая 13 2021
Rate this item
(0 votes)

SABAH 13 MAY BAYRAM GÜNÜDÜR. RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

Bağışlayan va Mehriban Allahın adı ilə

Əziz Müsəlmanlar!

Mübarək Ramazan bayramı münasibəti ilə sizi, bütün ölkə və dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm.

Allah-taaladan əzəməti böyük olan rəhmət ayında tutulan oruc, edilən dua və ibadətlərinizin, yardım və xeyirxah əməllərinizin qəbul olmasını diləyirəm.

Rəhmət, bərəkət və məgfirəti ilə dəyərli olan Allah ayının əzəməti hədsizdir. Şükürlər olsun ki, bu ildə də bəndəlik vəzifəmizi yerinə yetirmək və yaradanın razılığını qazanmaq məqsədi ilə ay boyunca ibadətdə olub artıq Ramazan bayramının sevincini yaşayırıq.

Rəhmli Allah bu ayda nazil etdiyi Qurani-Kərimin və edilən ibdatrlərin hörmətinə ailələrə cansağlığı, xösbəxtlik, körpələrə sevinc, süfrələrə bərəkət nəsib etsin. Aləmlərin rəbbi olan Allah hər birinizə neçə-neçə Ramazanı yaşamağı nəsib edib, hər növ xəstəliklərdən, xəta və bəlalardan uzaq etsin.

Bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun! Ölkəmizə və dünyaya sülh, əmin amanlıq, bolluq va firavanlıq bəxş edilsin. Amin!

Hacı Ramin İgidov,

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi

Read 133 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ