Tuesday, June 22, 2021

BARIŞIQLA MƏSƏLƏ TAM HƏLL OLUNMAZ, GƏRƏK HADİSƏLƏRİN TƏKRARLANMAMASI YÖNÜNDƏ TƏDBİRLƏR GÖRÜLSÜN

Written by  мая 18 2021
Rate this item
(0 votes)

BARIŞIQLA MƏSƏLƏ TAM HƏLL OLUNMAZ, GƏRƏK HADİSƏLƏRİN TƏKRARLANMAMASI YÖNÜNDƏ TƏDBİRLƏR GÖRÜLSÜN

Ötən gün Dmanisidə baş verən və hər kəsin narahatçılıqla izlədiyi məsələyə fərqli yanaşmalar gördüm

, fərqli fikirlər eşitdim. Məsələyə emosianal, yanaşmalar da var idi rasional münasibət də. Barış çağırışları ilə yanaşı şiddətə dəvət də. Ancaq şükürlər olsun ki, ötən axşam çağı ilkin insident zamanı əsas zərər çəkmiş tərəflərlə hadisəni törədən tərəflər arasında barışıq oldu. Əlbəttə barışı üçün dövlət rəsmilərinin, millət vəkillərimizin və ictimaiyyət xadimlərimizin birgə çalışdığını gördük. Təbii ki, müəyyən görüşlərdə biz də iştirakçı olduq. Görüşlərdə zərər çəkmiş həmyerlilərimizin əsas istəklərinin belə hadisələrin təkrar olunmaması, bundan sonra barış içində sakit yaşamaq istəyi idi. Həmçinin hadisə baş verən gecənin ertəsi günü (17-may sabahı) olan digər bir hadisədən dolayı heç bir azərbaycanlının da məsuliyyətə cəlb olunmaması da əsas istəkləri idi. Hər halda onların da istəkləri əsasında barış oldu. Biz aşağıda qeyd etdiyimiz səbəblərə görə onların barış seçimini düzgün qiymətləndiririk:

  • Dmanisidən olan soydaşlarımız orda yaşayıb və yaşayacaqlar da, gələcəkdə hadisələrin böyüməsi orda əminamanlıq şəraitində yaşayan həmvətənlilərimizə fayda verməz;
  • Bir içkili şəxsin mağazada dələduz hərəkətindən başlayan hadisə qruplara, qruplardan kəndlərə, ordan da digər regionlar səviyyəsinə çatmaqla artıq milli zəmində qarşıdurmalara gətirib çıxarmaqla insanlara daha artıq zərər yetişmə ehtimalının qarşısını almaq;
  • Məsələni siyasiləşdirən, dövlət və azərbaycanlılar arasında uçurum yaratmaq istəyən, azərbaycan və gürcü milləti arasında xoş münasibətləri korlama məqsədində olan millətçilərin, yad qüvvələrin, mənfur niyyətlilərin dəyirmanına su tökülmüş olunardı;
  • Hadisələr zamanı (əsas ikinci hadisə zamanı) qanun pozuntusuna yol verənlər arasında video fakt əsasında öncəki gün tutulanların sırasına gürcülərlə yanaşı çoxsaylı azərbaycanlı gənclərin də məsuliyyətə cəlb olunması gözlənirdi;
  • Bir də unutmamalıyıq ki, dinimizə görə bəndə bağışlayarsa bağışlanar. Axı biz rəhman və rəhim olan Allahın rəhmət dininin davamçılarıyıq. Fitnənin şiddətlənməməsi üçün səbr və güzəşt etmək alicənablıqdır. Əlbəttə ümid edirik ki, qarşı tərəf bu böyük humanist davranışdan suistifadə etməyərək layiqincə qiymətləndirəcək və davranışları ilə isbat edəcəklər.

Sonda bir daha burda da qeyd edim ki, barışıqla məsələ bitmir bir daha belə hadisələrin təkrarlanmaması üçün gərək xırda bir insident və hətta hörmətsizlik zamanı hüquq mühafizə orqanları hərəkətə keçib dərhal hadisənin faili haqqında ciddi qanuni ölçü götürsün. Məhz belə halda Dmanisidə və digər yerlərdə yaşayan əhali oxşar hadisələrdən sığortalanmış olacaqlar.

Allah hər iki millət arasında barışın və səmimi dostluğun formalaşmasında yardımçı olsun. Amin!

Read 79 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ