Tuesday, June 22, 2021

DİN XADİMLƏRİ İLƏ PEYVƏNDLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

Written by  июня 08 2021
Rate this item
(0 votes)

DİN XADİMLƏRİ İLƏ PEYVƏNDLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

(Bir neçə ruhani koronavirus əleyhinə peyvənd olunublar)

Bu gün Marneuli rayonunun Ağməmmədli kənd məscidində din xadimləri ilə peyvəndlə bağlı marifləndirici görüş keçirilib. Görüşdə Xəstəliklərə Nəzarətin Milli Mərkəzinin Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Xatuna Zaxaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin müftisi Etibar Eminov, UNİCEF-in nümayəndəsi Həsən Xəlil və digər şəxslər iştirak ediblər. Bölgələrdən olan din xadimləri ilə görüşdə çıxış edən qonaqlar, dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə mübarizədən, ölkənin məlum visus haqda son vəziyyətindən, dünyanın pandemiyadan xilas olunması üçün ona qarşı peyvəndin önəmindən, və eyni zamanda vətəndaşların vaksinasiya prosesinə aktiv şəkildə cəlb olunmasından danışıblar. Qeyd olunub ki, peyvəndlənmə prosesi 60 faizə çatarsa ölkədə bütün məhdudiyyətlər qaldırlacaq və həyat normal axarına qayıdacaq.

Tədbirdən sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və bir neçə ruhani koronavirus əleyhinə Çin vaksini olan “SinoVac” peyvəndi vurdurublar.

Read 29 times Last modified on Last modified on июня 08 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ