Saturday, July 24, 2021

QEYRI ƏXLAQİ MÜNASİBƏTLƏRİN TƏBLIĞINI ETMƏK İCTİMAİYYƏTDƏ ƏXLAQSIZLIĞIN ARTMASINA ŞƏRAİT YARADIR

Written by  июля 05 2021
Rate this item
(0 votes)

İnsanı yaradan Allah ona sosial, məişət, mənəvi həyatlarına aid göstərişlər verdiyi kimi cinsi tələbatı sahəsində də insani təbiətə uyğun fikirlər söyləmişdir.

Həmin göstərişlər insanın insani və ictimai dəyərlərini əhatə etməkdədir.

İnsan təbiətinə zidd olan, onu əxlaqsızlığa sövq etdirən günü-gündən növləri çoxalan (LGBTQİA+) qeyri əxlaqi münasibətlərin təbliğini etmək, yanlışlığa təşviq olmaqla bu halın çoxalmasına şərait yaratmaqdır. Eyni zamanda ictimaiyyətdə pozğunluğun yaranmasına, ailə təməllərinin sarsılmasına gətirib çıxarır.

Bu gün, bir növ bioloji xəstəliyin müalicəsindən aciz olunduğu halda çirkin əməlləri qanuniləşdirmək, ona dətək olmaq böyük günahın təkrarıdır. Hətta biloji xəstə olmayanlara belə cinsi həvəs üzündən azğınlığın yayılmasına səbəb olmaqdadır. Ona görə də LGBT paradını qətiyyətlə pisləyirik.

Read 89 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ