Monday, September 20, 2021

MARNEULİDƏ DİNİ BAYRAMLAR MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  июля 27 2021
Rate this item
(0 votes)

Marneuli rayonunun Daştəpə kəndində Hz. İmam Hadinin (ə) təvəllüdü və Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.

Quran tilavəti ilə başlanan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Gürcüstanın dəyərli ruhaniləri çıxış ediblər.

Çıxış edənlər bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, İslamda imamət məqamının mahiyyətindən və dinimizdə önəmindən geniş söhbət açıblar. İmam Əlinin (ə) fəziləti və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəliklər haqqında məlumat veriblər.

Məscidin həyətində təşkil olunan tədbirin sonunda Quran kursunda iştirak edən tələbələrə serifikatlar təqdim olunub. Nəhayət, şeir və İlahilərlə davam edən tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Read 104 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ