Monday, September 20, 2021

QARDABANİDƏ QƏDİR-XUM BAYRAMI İLƏ BAĞLI MƏRASİM TƏŞKİL OLUNUB

Written by  июля 31 2021
Rate this item
(0 votes)

Bu günlər Gürcüstanın bir çox rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün "Qədir-xum" bayram

ı ilə əlaqədar mərasimlər təşkil olunur, tədbirlər keçirilir və bayram süfrələri açılır.

Həmin tədbirlərdən biri də bu axşam Qardabaninin Ağ Təhlə kəndində təşkil olunub.

Məscidin həyətində təşkil olunan mərasimdə rayon və ətraf kəndlərdən müsəlmanlar iştirak edib.

Qurani-Kərimin tilavəti ilə başlayan mərasimdə Qədir-xum haqda söhbətlər edilib, şeir və ilahilər oxunub.

Çıxış edən ilahiyyatçılar "Qədir-xum" hadisəsinin mahiyyət, fəlsəfə, nəticə və önəmindən danışıblar. Dinimizin kamil olduğu hadisə ilə bağlı Quran ayələrini izah edib, hadisənin sırf bir tarixi hadisə olmadığını, bəlkə İslamın və bəşəriyyətin talehini həll edəcək önəmli missiya olduğunu vurğulayıblar.

Mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Sonda mərasim iştirakçıları şirniyyat süfrəsinə dəvət olunublar.

 

Read 104 times Last modified on Last modified on июля 31 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ