Monday, September 20, 2021

TBİLİSİDƏ MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ KEÇİRİLİB

Written by  августа 19 2021
Rate this item
(0 votes)

Hər il Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi paytaxt Tbilisidə yerləşən Cümə məscidində

və şəhərdə yerləşən digər 3 məsciddə 10 günlük Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirilib. Məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxundu, söhbətlər edildi, mərsiyələr oxundu ehsanlar verildi.

Pandemiyadan dolayı şəhərdaxili nəqliyyatlar işləməsə də Hüseynsevər müsəlmanlar müəyyən tövsiyə olunan qaydalara riayət edərək mərasimlərdə iştirak ediblər.

Həzrət İmam Hüseynin (ə) Kərbəla qiyamını yaşadan və dinimizi öyrənməyə şərait yaradan belə məclislərinin təşkilində hər növ zəhmət çəkənlərə Allahdan əcr diləyir, dua və Ehsanların ali dərəcədə qəbul olunmasını istəyir.

Read 73 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ