Monday, September 20, 2021

“KƏRBƏLADA İNSANLIQ DƏRSİ” MÖVZUSUNDA VEBİNAR KEÇİRİLİB"

Written by  августа 22 2021
Rate this item
(0 votes)

 Bu gün, Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə Kərbəla şəhidlərinin şəhadəti ildönümü münasibəti ilə “Kərbəlada insanlıq dərsi” mövzusunda vebinar keçirilib.

Onlayn şəkildə 50-nəfərə yaxın inanclı xanımların iştirakı ilə keçirilən vebinarda Gürcüstan, Azərbaycan və Türkiyədən xanım natiqlərin çıxışları olub.  Sonda şeir və dualar oxunub. Qurani-Kərimin tilavəti ilə başlayan vebinarda Kərbəla hadisəsinin İslamin yaşamasında rolu, Kərbəla şəhidlərinin əxlaqi xüsusiyyətləri və Kərbəlanın insanlara təqdim etdiyi dərslər haqqında danışılıb. Qeyd edək ki, Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcması pandemiyadan dolayı müxtəlif mövzularda onlayn şəkildə seminarlar təşkil etməkdədir.

Read 86 times Last modified on Last modified on сентября 17 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ