Wednesday, October 27, 2021

PAYTAXT TBİLİSİDƏ YERLƏŞƏN MƏBƏD VƏ DİNİ, MƏDƏNI, TARİXİ ABİDƏLƏRDƏN BƏHS EDƏN NƏŞRİN TƏQDİMATI OLUB

Written by  сентября 17 2021
Rate this item
(0 votes)

Bu gün, Gürcüstanın Dövlət Mərasim Sarayında Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yeni nəşr olunan albomun təqdimatı keçirilib.

Təqdimat mərasimində Müsəlman icması tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri ilə birgə Tbilisidə olan məscidlərin ruhaniləri iştirak edib.
Paytaxt Tbilisidə yerləşən məbədlər, dini tarixi və mədəni abidələrdən bəhs edən nəşrdə müsəlmanlara aid 3 məscid yer alıbdır. Tbilisi Cümə Məscidi, Ali Əba (ə) və Əhlibeyt məscidi.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxışı zamanı bildirib ki, çox millətli və dinli paytaxtımızda dini məkanlar haqqında belə nəşrin ərsəyə gəlməsi mədəniyyətlərin yaxınlaşması, dini tarixi məkanların sənəd olaraq yaşaması, dini sahədə araşdırma aparan mütəxəssislər üçün dəyərli materialın formalaşması baxımından önəmli olduğu kimi eyni zamanda ölkə türistləri üçün də dəyərli bir töhfədir.
O Tbilisidə əhalinin statistikasını qeyd edərkən bildirib ki, paytaxtın əhalisi 1 milyon 108 717 nəfərdir ki, onlardan 1,47 %, yəni 16268 müsəlmanlar təşkil edir.

Read 90 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ