Wednesday, October 27, 2021

ƏZİZ PEYĞƏMBƏRİMİZİN (S) VƏ İMAMIMIZIN DÜNYADAN KÖCMƏLƏRİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BAŞSAĞLIĞI VERİRİK

Written by  октября 05 2021
Rate this item
(0 votes)

Hz. Məhəmməd Peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: "Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt". Məhəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.

* * *
Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsən (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin 50-ci ilində Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Read 45 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ