Thursday, December 2, 2021

TBİLİSİDƏ “İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYAT TƏRZİ VƏ MÜASİR İNSAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Written by  октября 21 2021
Rate this item
(0 votes)

Bu gün, Tbilisidə “İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib.

“Alulbeyt” Mərkəzində təşkil olunan konfransda din xadimləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.
Əziz Peyğəmbərimizn (s) mövlud həftəsinə həsr olunmuş konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftinin təmsilçisi Tahir Bayramov, Qərbi Gürcüstan muftisinin nümayəndəsi İyaqo Beridze, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları mövzu ətrafında çıxış ediblər.
Hacı Kamran Məmmədovun moderatorluğu ilə, Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan konfransda İnsanlığa nümunə olaraq təqdim olunan Əziz Peyğəmbərimizn (s) həyat tərzi, örnək rəftar və davranışı haqda danışılıb. Ümumbəşəri, cahanşümul son və kamil din olan İslamın Peyğəmbərinin (s) sülh, şəfqət, sayqı, sədaqət, rəhmət, vəhdət, sevgi və barışa səsləyən sifarişləri haqda geniş söhbətlər edilib.
Konfrans dua oxunmaqla sona çatıb. İştirakçlara Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olunub.

Read 122 times Last modified on Last modified on октября 21 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ