Thursday, December 2, 2021

QARDABANİDƏ MÖVLUD BAYRAMI MƏRASİMİ TƏŞKİL OLUNUB

Written by  октября 23 2021
Rate this item
(0 votes)

Qardabani şəhərinin “Marağa” məscidində əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək təvəllüd günləri münasibətilə mərasim keçirilib.
Mərasimdə tələbələr və ata valideyinini itirmiş uşaqlar, onların anaları, din xadimləri və inanclı gənclər iştirak edib.
Məşədi Vidadi Qurbanovun Qurani Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan mərasimdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Namiq Hüseynov, məscidin axundu Məşədi Rasim Qasımov, təbrizli din alimi Hacı Həsən Yusifzadə çıxış edib.
Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu və Vəhdət günləri münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) fəzilətli məqamı, örnək insani keyfiyyətləri və dəyərli kəlamlarından, gətirdiyi İslam dininin əsas missiya və mahiyyəti haqqında geniş danışıblar .
Mərasimdə əhlibeyt məddahı Səid Həsən Peyğəmbər (s) eşqinin tərənnüm edən mövludnamə və ilahilər oxuyub.
Mərasimin sonunda uşaqlara hədiyyələr və 14 məsumun həyatından bəhs edən proşurlar təqdim olunub.
Nəhayət, dualar ilə yekunlaşan mərasimin sonunda iştirakçılar bayram süfrəsinə dəvət olunublar.

Read 53 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ