Sunday, August 7, 2022

GÜRCÜSTANIN DİN XADİMLƏRİ AZAD ŞUŞA, AĞDAM VƏ FÜZULİDƏ SƏFƏRDƏ OLUBLAR

Written by  мая 22 2022
Rate this item
(0 votes)

Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup Gürcüstanlı din xadimləri üçün təşkil olunan səfər çərçivəsində işğaldan azad olunmuş Ağdam, Füzuli və Şuşa

şəhərlərinə gedilib. 21-22 may tarixində baş tutan səfərin əsas məqsədi Şuşa şəhərində mövcud vəziyyətlə, şəhərin dini, tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdan ibarət olub. Din xadimləri Ağdam, Füzuli və Şuşada vəhşicəsinə Cümə və Mərdinli kimi dağıdılmış məscidləri, mədəniyyət abidələri və yaşayış binalarını, şəhidlər məzarlığını, yeni inşa edilmiş Füzuli hava limanını, Şuşada Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Çuxur məhəllə məscidi, Seyidli məscidi, Saatlı məscidi,Xan sarayının qalıqları, Xan qızı bulağı, Xurşidbanu Natəvanın ev kompleksi, Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü və digər tarixi-mədəni yerləri ziyarət etmişlər. Din xadimləri Cıdır düzündə şükür namazı qılaraq, şəhidlərin ruhuna dualar ediblər

 

Read 128 times Last modified on Last modified on мая 22 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ