Friday, August 12, 2022

HZ. İMAM RZA (Ə) VƏ HZ. MƏSUMƏNİN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  июня 06 2022
Rate this item
(0 votes)

Marneulinin Sabirkənd kəndində İmam Rza (ə) və Hz. Fatimeyi Məsumənin (s.ə) təvəllüdləri münasibəti ilə bayram mərasimi keçirilib.

İmam Museyi Kazim (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.

Mədrəsə tələbəsi İbrahim Bəşirzadənin aparıcılığı ilə başlayan mərasim Quran qiraətçisi Kərbəlayi Fuad İsayevin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.
Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev, İmam Əli məscidinin axundu Hacı Hacıyev, Əlmustafa Təhsil Mərkəzinin sədri Hacı Həsən Yusifzadə çıxış üçün kürsüyə dəvət olunublar.
Çıxış edən din xadimləri öncə qonaqları salamlayaraq Hz. İmamın (ə) və bacısı Hz. Məsumənin (s.ə) təvəllüdləri münasibəti ilə təbrik ediblər. Sonra İmamın və xanımın örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən və insanlara nəsihət bəxş edən ibrətli kəlamlarından danışıblar.
Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.
Tədbirin sonunda adları Əli, Rza, Fatimə və Məsumə olan uşaqlara hədiyyələr təqdim olunub. Qonaqlara şirniyyat süfrəsi açılıb.

 

Read 106 times Last modified on Last modified on июня 11 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ