Friday, August 12, 2022

AZƏRBAYCANIN DİN VƏ DÖVLƏT QURUMLARINDAN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ GÜRCÜSTANDA SƏFƏRDƏDİR

Written by  июня 07 2022
Rate this item
(0 votes)
 Ötən gün Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
 Azərbaycan İlahiyyat İnstitutunun və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri Tbilisidəki Cümə məscidində olublar. Onlara məscidin tarixi, burada saxlanılan tarixi minbər və Qurani-Kərim haqda məlumat verilib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi Gürcüstan üzrə müfti Etibar Eminov və idarənin bir neçə nəfərdən ibarət əməkdaşları ilə birgə Azərbaycan nümayəndə heyəti ilə görüş keçiriblər.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin son illərdə gördüyü işlər və gələcəkdə həyata keçməsini nəzərdə tutduqları fəaliyyət proqramları haqda məlumat veriblər. Azərbaycana səfərlərini xatırladıb, səfərdən dolayı və orada göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür ediblər.
Öncə səmimi qarşılanmaya görə təşəkkür edən qonaqlar təmsil etdikləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və onun tabeçiliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu haqqında ətraflı danışıblar. Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq, dövlətin sağlam İslam dininin yaşaması yönündə göstərdiyi dəstək və dini qurumlar arasındakı əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdən razılıqlarını bildirən Azərbaycanlı qonaqlar Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərlərinə və din xadimlərinə müqəddəs fəaliyyətlərində uğurlar diləyiblər.

 

 

Read 147 times Last modified on Last modified on июля 02 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ