Friday, August 12, 2022

DİN MÜƏLLİMƏLƏRİ ÜÇÜN EKSKURSİYA TƏŞKİL OLUNUB

Written by  июня 18 2022
Rate this item
(0 votes)

 Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınları İcmasının üzvləri qərb bölgəsinin iki şəhərində ekskursiyada olublar.

 Din müəllimələri öncə ölkəmizin tarixi güşələrindən biri olan Axalçixidəki qədim qalanı və burada olan tarixi Əhmədiyyə məscidini ziyarət ediblər. (Məscid indi Rabat adlanır.)Sonra Gürcüstan Müsəlmanları İdarəsinin Axalçixidəki nümayəndəliyində olub Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və bölgə müftisi ilə görüşüblər. Günün ikinci yarısı isə faydalı suyu və təbiəti ilə tanınan Borjomidə səyahətdə olublar. Qeyd edək ki, artıq neçə ildir ki, bu proqram ildə bir dəfə təşkil olunmaqdadır. Ötən illərdə Batumi, Siqnaği şəhərləri də daxil olmaqla bəzi bölgələrə ekskursiyalar təşkil olunub.

 

 

Read 91 times Last modified on Last modified on июля 02 2022

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ